Polis narkotik əkən şəxsi saxlayarkən yaralandı

polis-narkotik-eken-sexsi-saxlayarken-yaralandi
Oxunma sayı: 1605

Yevlaxda polis əməkdaşı narkotik əkən şəxsi saxlayarkən xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, rayonun Hacıselli kəndində kultivasiya yolu ilə narkotik yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.