Aprelin 15-də M.Hadi küçəsində 46 saylı xətt avtobusunda Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Nikolay Miroşniçenko Esmiralda Sadıqovanın əl çantasından içərisində 360 manat olan pul kisəsini götürüb qaçdığına görə Xətai RPİ CAŞ, 34-cü PB və ÇPA-nin əməkdaşları tərəfindən tutulub. Onun üzərinə baxış keçirilərkən 0,205 qram heroin götürülüb.
Aprelin 15-i saat 16 radələrində, Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakinləri Natiq Əliyev idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Sevda İslamovanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən 3 saylı xəstəxanada ölüb.
Aprelin 14-nə keçən gecə Maştağa qəsəbəsi Xanlar küçəsində orada yaşayan Şahin Əzizova məxsus «VAZ-2104» markalı avtomobil qaçırılıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Naib Hüseynov tutulub və avtomobil Maştağa qəsəbəsində saz vəziyyətdə aşkar olunub.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Məmmədlidən 1 qramdan artıq tiryək götürülüb.
Dekabrın 31-i 2013-cü il tarixində Azadlıq prospektində Türkiyə vətəndaşı İsaq Karmcoğlu sərxoş halda sərnişin qismində mindiyi «Mercedes» markalı avtomobildən düşərkən cibindən mobil telefonun, qızıl üzüyün, qızıl qol saatının və 200 manat pulunun oğurlandığını aşkar edib. Bu il martın 4-də isə Ş.Əzizbəyov küçəsində naməlum şəxs İsaq Karmcoğlunun 1040 manatını əlindən alıb qaçıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, hər iki cinayəti törədən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov tutulub.
Son xəbərlər
Son Xəbərlər