Polis polkovnik-leytenantı şöbə rəisi təyin edildi

polis-polkovnik-leytenanti-sobe-reisi-teyin-edildi
Oxunma sayı: 9770

Nərimanov Rayon Polis İdarəsinə yeni şöbə rəisi təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Samir Ələkbərov İdarədə Təhqiqat şöbəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi olub.