Polis qaçqınların avtobusunu atəşə tutdu - 2 uşaq yaralandı

polis-qacqinlarin-avtobusunu-atese-tutdu
Oxunma sayı: 1164

Xorvatiyada polis "dur" əmrinə tabe olmayan qaçqınları daşıyan avtobusu atəşə tutub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 12 yaşlı iki uşaq ağır yaralanıb. Bosniya-Hersoqovinadan gələn və qeyri-qanuni mühacir daşıdığı bildirilən avtobusda 29 qaçqın olub. Onlardan 15-i uşaqlar imiş. Avtobusun sürücüsü polisin atəşindən sonra qaçaraq meşədə gizlənib. 

Qeyd edək ki, Xorvatiya hökuməti baş vermiş hadisədə polisi günahkar bilməyib.