Polis rəisi işdən çıxarıldı

polis-reisi-isden-cixarildi
Oxunma sayı: 7395


“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkonik Ramil Usubovun əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin rəisi Şükür Mehtiyev vəzifəsindən azad edilərək nazirliyin sərəncamına götürülüb.  Hələlik Şəmkir polisinə rəis təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq rəis müavininə həvalə edilib.