Goranboyda məktəblilər polis şöbəsinə ekskursiya edib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov, onlara RPŞ-nin xidməti avtomobilləri, xüsusi texniki vasitələr və avadanlıqları haqqında geniş məlumat verib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışıb.
Polis Şöbəsinin inzibati binasında davam edən tədbirdə məktəblilər konfrans zalı, dərs otağı və xidməti otaqlarla tanış olublar, Növbətçi hissənin iş prosesini izləyiblər. Məktəblilərə izah olunub ki, burada polis edilən müraciətlərə təxirəsalınmaz və operativ şəkildə yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür. Daha sonra şagirdlərə torpaqlarımızın azadlığı uğrunda canından keçən polis şəhidlərimiz haqqında geniş məlumat verilib.

Son xəbərlər
Son Xəbərlər