“Qafqazinfo” xəbər verir ki, polis rəisi nazirliyə müraciət edərək idarəyə kompleks yoxlama göndərilməsini xahiş edib. Rəisin istəyi nəzərə alınaraq nazirlik tərəfindən idarəyə kompleks yoxlama göndərilib.
Məlumata görə, E.İlyasov təyinatından sonra idarəyə öz komandasını gətirmək və hazırda rəhbər vəzifədə olanları dəyişmək üçün hərəkətə keçsə də, müqavimətlə üzləşib. Rəhbər işçilər öz istəkləri ilə istefa verməkdən imtina ediblər. Bundan sonra idarədə nöqsanların olduğunu iddia edərək nazirlik tərəfindən yoxlama aparılmasını məqsədəuyğun sayıb.
Son xəbərlər
Son Xəbərlər