Polis səmimi gülüşünə görə mükafatlandırıldı - Video

polis-semimi-gulusune-gore-mukafatlandirildi
Oxunma sayı: 1874

Dubay polisinin zabiti Mahmud Məhəmməd əl-Şaabi iş yerində xoş əhval-ruhiyyə yaradan səmimi təbəssümünə və ətrafında xoşbəxtlik ab-havası yaymaq qabiliyyətinə görə Dubay polisinin Baş İdarəsi tərəfindən mükafatlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, gülərüz polisin iş yoldaşları idarənin Xoşbəxtlik və Pozitivlik Şurasına onun mükafatlandırılması üçün özləri müraciət ediblər.

Xoşbəxtlik və Pozitivlik Şurası direktorunun müavini, polkovnik Səid Abdulla əl-Mazlum bildirib ki, Mahmud əl-Şaabi hər gün öz iş yoldaşlarını və polisə müraciət edən vətəndaşları səmimi təbəssümlə qarşıladığına görə bu mükafatı qazanıb.