“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində nömrəsiz “Karabin” markalı silah, “TOZ-8” markalı tüfəng, qaz tapançası və 294 ədəd müxtəlif çaplı patron tapılıb.
Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Horadiz şəhərində 2 ədəd “TOZ” markalı tüfəng, 2751 ədəd müxtəlif çaplı patron və 3 patron darağı, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gülüstan qəsəbəsində “RPQ-18” markalı qumbaraatan və 1555 ədəd müxtəlif çaplı patron tapılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər