Bu sözləri “Qafqazinfo” saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi bildirib ki, polislər onlara problem yaradıb: “Hətta klubumuzun idman direktoru Yunis Hüseynov və mən stadionun koridoruna daxil olmaq istəyərkən də polislə bizi içəri buraxmadı. Onlar məndən soruşdular ki, idman-direktoru kimdir. Biz də ona başa salmağa çalışdıq ki, o, klubda hansı vəzifəni tutur.
Biz Bakıda dəfələrlə stadionlarda belə problemlərlə üz-üzə qalmışıq. Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən “İnter”lə matçda da polislər azarkeşlərə rəqib komandanın fanatları olan yerdə oturmağa imkan vermirdilər. Onlara başa saldım ki, bu problem olmaz. “İnter”in fanatları ilə problemimiz yoxdur. Polis əməkdaşı isə “yox, bunlar burda durmasın, hay-küy salırlar” dedi. Axı azarkeş stadiona nə üçün gəlir? O komandası dəstkləməlidir. Daxili İşlər Naziriliyindən xahiş edirəm ki, polisləri stadiona göndərərkən məlumatlandırsınlar”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər