Polis Sunaka xaltasız it gəzdirdiyinə görə xəbərdarlıq etdi

polis-sunaka-xaltasiz-it-gezdirdiyine-gore-xeberdarliq-etdi
Oxunma sayı: 2236

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsi“Hayd Park”da iti xaltasız gəzdirdiklərinə görə polis tərəfindən xəbərdarlıq edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, London Böyükşəhər Polisi həmin anın görüntülərinin Tiktokda yayılmasından sonra açıqlama yayıb:

“Orada olan bir polis məmuru bir qadınla danışaraq qaydaları xatırlatdı. Xaltanı yenidən itə bağladılar”.

Qeyd edək ki, Sunak daha əvvəl sosial media hesabları üçün çəkilmiş videoda hərəkətdə olan avtomobildə təhlükəsizlik kəməri taxmadan sürdüyü üçün cəzalandırılmışdı.