Polis universiteti mühasirəyə alıb - Silahlı şəxs axtarılır

polis-universiteti-muhasireye-alib
Oxunma sayı: 717

ABŞ-ın Meriland ştatında polis universitetin kampusunu mühasirəyə alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Baltimor şəhərində qeydə alınıb.

Təhlükəsizlik qüvvələri Stevenson Universitetinin Greespring kampusunda axtarış aparıb. Sakinlərdən vəziyyət aydınlaşana qədər evlərində qalması istənilib.

Bildirilir ki, universitet mühafizə xidməti əməkdaşının rabitə qurğusu itib. Güman edilir ki, polis həmin aparatla çağırılıb.