Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - Onu avtobusla yola saldı+ Fotolar

polis-vahid-mustafayevin-motosiklet-karvanini-saxladi
Oxunma sayı: 2218

Polis Vahid Mustafayevin motosiklet karvanını saxlayıb, özünü isə digər yoldaşları ilə birlikdə 46 saylı avtobusla yola salıb. 

“Qafqazinfo” xəbər verir ki, Moderator.az saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Nobel prospektində baş verib. 

Polisin məlumatına görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub.

Qeyd olunur ki, V.Mustafayevin motosiklet karvanı dünən yol qəzasında dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə motosikletlər cərimə meydançasına aparılıb.