Fransanın paytaxtı Parisdə gecə saatlarında polis əməkdaşı öldürülüb, ailəsi isə girov götürülüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı Larossi Abballa qonşusu olan polisi işdən evə gələrkən qarnından dəfələrlə bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra polisin arvadı və uşağını girov götürüb. Cinayətkar qadını da soyuq silahla öldürsə də, 3 yaşlı uşaqları heç bir xəsarət almayıb. Polisin keçirdiyi əməliyyat zamanı qatil zərərsizləşdirilib.
Məlum olub ki, cinayətkar 2013-cü ildə terror qruplaşmalarına qoşulduğu üçün və soyğunçuluq üstündə həbs olunub.
Baş verən hadisə terror aktı kimi dəyərləndirilib.
Prezident Fransua Olland polis və həyat yoldaşının qətlinin baş vermə səbəblərinin araşdırılacağına söz verib.
Son xəbərlər
Son Xəbərlər