Polis və etirazçılar arasında qarşıdurma - 21 yaralı

polis-ve-etirazcilar-arasinda-qarsidurma
Oxunma sayı: 648

Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, paytaxt Karakasda baş verən iğtişaşlar zamanı 21 nəfər xəsarət alıb.

Bu barədə Çakao rayonunun rəhbəri Ramon Muçao tvitter hesabında yazıb. 

Qeyd edək ki, matın 31-də Venesuela Ali Məhkəməsi ölkə başçısına referendum keçirmədən Konstitusiya Assambleyasını çağırmaq hüququ verib.