Gəncədə yol polisi əməkdaşı bıçaqlanıb.
“Qafqazinfo”nun xəbərinə görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Abdiyev Mürşüd sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, M.Abdiyev xidmət zamanı bıçaqlanıb. Ona bıçaq xəsarəti yetirən şəxsin saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər