“Polisә yaxınlaşmağa qorxuram...”

polis-yaxinlasmaga-qorxuram
Oxunma sayı: 1235

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Sumqayıt” “Xəzər Lənkəran”ı məğlub edib. "Qafqazinfo" xəbər verir ki, qalib komandanın baş məşqçisi Samir Abbasov rəqibin yaxşı oynadığını bildirib:

"Oyundan sonra da soyunub-geyinmә otağında futbolçulara dedim ki, "Xәzәr Lәnkәran" yaxşı oynadı. Elbrus Mәmmәdov yaxşı komanda qurub.  1998-99-cu il tәvәllüdlü futbolçularla belә komanda qurublar. Özümüzә gәlincә, bәxtimiz gәtirdi. Bu biabırçı oyuna görә azarkeşlәrdәn üzr istәyirәm. Çox pis oynadıq. Fikrimcә, tәlәskәnlik komandanı bu qәdәr sәhv etmәyә vadar etdi".

Gәnc mәşqçi qırmızı vәrәqәdәn dә danışıb: "Bunun sәbәbi bilmirәm. 4-cü hakimdәn dә soruşdum ki, bu nә demәkdir? Orda polis işçilәri var, adamı itәlәyir qoymur hakimә yaxınlaşmağa. Polisə yaxınlaşmağa qorxuram. Qalib gəldiyimiz üçün bu qırmızı vәrәqәnin üstündәn keçdim, hakimə heç nə demədim".

Abbasov komandasının bu mövsüm qapısına tәyin olunan 9-cu penaltini belә şәrh edib: "Mәn dә bunu futbolçulara deyirәm. Elә bilirsiz ki, iradlarımı demirәm?"

***

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Mәmmәdov isə hakimdən narazı qaldığını qeyd edib:

"Rәqibi tәbrik edirәm. Qalib gәldilәr. Hakimdәn narazı qaldım. Hәr iki tәrәfә qarşı sәhv qәrarlar var idi. Mәsәlәn, rәqibin futbolçusuna verilәn qırmızı vәrәqә haqsız idi. Ağabala Ramazanov bilә-bilә әllәr oynayır, amma Orxan Sadıqlı sarı vәrәqә görür. Hakimlik sıfır!"

Mәmmәdov komandasının oyunlarda son dәqiqәlәrdә qol buraxmasına münasibәt bildirib: "Biz dә bundan narahatıq. Özüm bilmirәm ki, nә mәşq verim ki, bu sindromdan qurtulaq".