ABŞ-ın Florida ştatında Mişel Mot adlı şəxs polislərdə pulunun qaldığı iddiası ilə polis bölməsinə zəng vurub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mott bir zənglə kifayətlənməyib və 6 saat ərzində 98 dəfə zəng edib.
Ardıcıl zənglərlə polisin işinə maneə olan Mott saxlanılaraq həbsxanaya göndərilib.
Polisdən verilən açıqlamaya görə, Mişel Mott 6 ay əvvəl mülki polislərə narkotik maddə satarkən saxlanılıb və sonra sərbəst buraxılıb. O, indi həmin narkotik maddənin pulunu tələb edir.

Son xəbərlər
Son Xəbərlər