Polisə silahlı hücum edildi

polise-silahli-hucum-edildi
Oxunma sayı: 1066

Türkiyədə polis avtomobili silahlı hücuma məruz qalıb.

“Qafqazinfo” Anspress-ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 23:00-da Giresun vilayətinin Dereli rayonunda baş verib.

Məlumata görə, polis əməkdaşı hücum edən şəxslərə təkbaşına müqavimət göstərib. Hücum edən şəxslər asayiş keşikçisini yaralayıblar. Bundan sonra isə hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Polis avtomobilinə hücum etmiş şəxslərin hansısa silahlı qruplaşmanın üzvləri olub-olmamaları hələlik məlum deyil. Faktla əlaqədar araşdırmalar aparılır.