Polisi döyən şəxslər tutuldu

polisi-doyen-sexsler-tutuldu
Oxunma sayı: 1501


“Qafqazinfo” xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yanvar ayının 19-u axşam saatlarında Şəki şəhər ərazisində Şəki ŞRPŞ-nin polis nəfəri, Şəki rayonu Qoxmuq kənd sakini, 1984-cü il təvəllüdlü Famil İxtiyar oğlu Səmədova müxtəlif bədən xəsarətləri yetirən Şəki şəhər sakinləri, 1992-ci il təvəllüdlü Vüsal Kənan oğlu Babayev və 1981-ci il təvəllüdlü Fuad Vaqif oğlu Babayev şübhəli şəxs qismində tutulublar. 

İlkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər əlbir olaraq  Şəki şəhəri, Bağbanlar küçəsində şəhər sakini, 1968-ci il təvəllüdlü Akif  Əlibəy oğlu Zamanovu döyüblər. Bu zaman ərazidən keçən, mülkü geyimdə olan Famil Səmədov onları ayırmaq istəyərkən V. Babayev və F. Babayev ona da müxtəlif bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.  

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.