Polisi döyənlər həbs edildi- - Bakıda

polisi-doyenler-hebs-edildi-
Oxunma sayı: 1984


“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Q.Şərq küçəsində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Təbriz Lətifzadə idarə etdiyi Toyota Land Gruizer 90 UE 550 nömrəli avtomobillə xidmətdə olan Polis Bölməsinin əməliyyat müvəkkili polis serjantı 1990-cı il təvəllüdlü Rauf Novruzovun üzərinə yola yığılan suyu səpdiyi üçün R.Novruzov etiraz edib. 

T.Lətifzadə və sərnişini, qardaşı 1983-cü il təvəllüdlü Rafiq polislə mübahisə edərək onu döyüblər. Qardaşlar saxlanılıb.

Murad Əhməd