Polisin axtardığı Rəqsanə Moskvada toyda - Fotolar

polisin-axtardigi-reqsane-moskvada-toyda-fotolar
Oxunma sayı: 646

Orada özünə çoxlu dost qazanan sənətçi dünya məhşurlarının da qatıldığı məclislərdə tez-tez çıxış edir. “Qafqazinfo”nun məlumatına görə, həmin məclislərdən biri ötən gün baş tutub.

Yerli sənətçilərdən Ədalət Şükürov və Eltonun da Rəqsanə İsmayılova ilə birlikdə qatıldığı təbdirdə Araş və Filipp Kirkorov da olublar. Məhşurlar toyda bir səhnəni paylaşmaqla yanaşı səmimi ünsiyyət yaradıblar. Bir-birilərini tanıyan sənətçilərin yaxın günlərdə tədbirlərin birində çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını, külli miqdarda vəsaitlərinin mənimsənildiklərini bildirirlər. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub./Oxumeni/