Polisin məktəblini döyməsi iddiası ilə bağlı araşdırma başladı

polisin-mekteblini-doymesi-iddiasi-ile-bagli-arasdirma-basladi
Oxunma sayı: 5129

Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.

DİN Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib:

"Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək".

***

Baş Prokurorluq Yevlaxda məktəblinin polis tərəfindən döyülməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir:

“Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb”.