Bu gün Xaçmazın Xudat şəhəri ərazisində, Xudat-Nabran yolunun 3-cü kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.
"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobil ilə bazarlıq edərək evə gələn sürücü 2001-ci il təvəllüdlü Asim Vahid oğlu Əmirovu traktor vurub.
Hadisə o, maşını yol kənarında saxlayaraq yükləri evinə daşıyan zaman baş verib. Məmmədağa Quliyevin idarə etdiyi traktor gənci divara sıxışdırıb.
Hadisə yerində ölən Asim Əmirov Səbail DYP əməkdaşı Vahid Əmirovun oğludur.
Hazırda mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə aparılıb və rayon Polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.
Son xəbərlər
Son Xəbərlər