Polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu

Polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu
Oxunma sayı: 2938

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydda koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Hennepin dairəsinin məhkəmə-tibb ekspertiza bürosunun saytında yayımlanmış meyityarma məlumatlarında qeyd olunub.

“3 may 2020-ci il tarixində aparılan COVID-19 analizləri pozitiv nəticələnib”,- deyə Baş məhkəmə-tibb eksperti Endryu Beyker tərəfindən imzalanmış sənəddə yazılıb.

Bununla belə Beyker infeksiyanın ölümünə səbəb ola biləcəyini deməyib. Hennepin dairəsinin məhkəmə-tibb ekspertizasının məlumatına görə, Floyd ürək-ağciyər şokundan (ürək dayanması və tənəffüsün kəsilməsi ) həyatını itirib.

Mərhumun ailəsi tərəfindən təşkil olunan müstəqil ekspertlər isə ölümə boğulmanın səbəb olduğunu müəyyən ediblər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi