Polisin öldürdüyü Floydun ailəsinə 27 milyon dollar veriləcək

polisin-oldurduyu-floydun-ailesine-27-milyon-dollar-verilecek
Oxunma sayı: 2558

ABŞ-ın Minneapolis şəhər rəhbərliyi polis tərəfindən həbs olunarkən öldürülən afroamerikalı Corc Floydun qohumlarının qaldırdıqları mülki iddianın həlli üçün 27 milyon dollar ödəyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Qərar şəhər məhkəməsinin qapalı iclasından sonra qəbul olunub.

Xatırladaq ki, Floydun ailə üzvləri Minneapolis şəhər rəhbərliyinə və Floydun həbsində iştirak edən dörd polis zabitinə qarşı təzminat tələbi ilə iddia qaldırmışdı. Onlar Corc Floydun polislərin həbs təlimini düzgün yerinə yetirməmələri nəticəsində öldürüldüyünü bildirmişdilər.

Qeyd edək ki, ötən il Corc Floydun polis tərəfindən öldürülməsi hadisəsindən sonra ABŞ-ın bir çox şəhərlərində kütləvi etiraz aksiyaları başlamışdı.