2013-cü ildə ABŞ-ın Vaşinqton şəhərində qaradərili Leonard Tomas adlı şəxs polis əməkdaşları ilə mübahisə edən zaman Brayan Markert adlı polis tərəfindən snayperlə öldürülüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı Tomas oğlunun gözü qabağında ölüb.
Hadisə ilə bağlı 4 ildir aparılan məhkəmə prosesi yekunlaşıb və öldürülən şəxsin ailəsinə 15 milyon dollar təzminat ödənilməsinə qərar verilib.
Qeyd edək ki, daha öncə Viskonsin ştatında 2 polis tərəfindən öldürülən qadının ailəsinə 7 milyon dollar təzminat ödənilmişdi.
Son xəbərlər
Son Xəbərlər