Polisin üzünü şüşə ilə kəsdilər - - Bakıda dəhşət

polisin-uzunu-suse-ile-kesdiler-
Oxunma sayı: 5611


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə saat 23:30 radələrində Salamzadə küçəsi 16-da yerləşən Miraj kafesində baş verib.

Gədəbəy rayon sakinləri 1990-cı il təvəllüdlü Zamin Məmmədov və qardaşı 1992-ci il təvəllüdlü Zaməddin ictimai qaydanı pozduğu üçün həmin vaxt xidmətdə olan DİN-nin Çevik Polis Alayının polis serjantı 1984-cü il təvəllüdlü Zaur Vəliyev tərəfindən intizama dəvət edilib. 

Qardaşlar polisə müqavimət göstərib, Zaməddin Məmmədov şüşə parçası ilə Z.Vəliyevin sifətini kəsib. Məmmədov qardaşları saxlanılıb. Onların hadisə vaxtı sərxoş olduqları müəyyən edilib.

Murad Əhməd