Polislə sürücü arasındakı insidentlə bağlı açıqlama - Video

polisle-surucu-arasindaki-insidentle-bagli-aciqlama
Oxunma sayı: 4053

Bakıda yol polisi ilə sürücü arasında insident yaşanıb. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Mirzəağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün 1996-cı il təvəllüdlü Bakı şəhəri, Səbail rayon sakini Nihad Sadiqova yol polisi tərəfindən saxlanılma işarəsi verilib: “Tabesizlik göstərən sürücü sənədlərini təqdim etmək əvəzinə nəqliyyat vasitəsinə əyləşib, yüksək sürətlə ərazidən uzaqlaşıb.

Paytaxtın S.Vurğun Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Daha sonra Axundov parkının yaxınlığında saxlanılan N.Sadiqov yol polisi əməkdaşlarına tabesizlik göstərib və aydın olub ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi də olmayıb.

Şəxs Səbail Rayonu ərazisində polis bölməsinə təhvil verilib. Barəsində qanuni tədbirlərin görülməsi üçün toplanmış material aidiyyəti üzrə məhkəməyə təqdim olunacaq”.