Polislər 8 Martda şəhid ailələrinin qadınlarını təbrik etdi

polisler-8-martda-sehid-ailelerinin-qadinlarini-tebrik-etdi
Oxunma sayı: 440

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini ziyarət edib.

"Qafqazinfo" xəbər verir ki, polislər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın qadın ailə üzvlərini təbrik ediblər.

Polis əməkdaşları, həmçinin onların qayğıları ilə maraqlanıblar. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.