Polislər ABŞ azarkeşini İranla matçda stadiondan çıxardı

polisler-abs-azarkesini-iranla-matcda-stadiondan-cixardi
Oxunma sayı: 2675

ABŞ azarkeşi dünya çempionatına göy qurşağını əks etdirən sarğı taxdığı üçün Qətər polisi tərəfindən saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əl-Tumama stadionunda İran-ABŞ oyununda baş verib.

Kimliyi açıqlanmayan tərəfdarın LGBTQ+ sarğı ilə şəkli çəkdirdiyi ortaya çıxıb.

Belə ki, azarkeşin əynindəki mavi-ağ zolaqlı köynəyinin üstündə “Birləşin + Gücləndirin” yazılıb.

Qeyd edək ki, Qətər hökuməti LGBT-ni qəbul etmir.