Polislər cibindən narkotik tapdılar

polisler-cibinden-narkotik-tapdilar
Oxunma sayı: 1424

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, şübhəli, Gəncə şəhər sakini sakini 36 yaşlı Elnur İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin iç cibindən yabanı halda bitən narkotik vasitə hesab olunan ümumi çəkisi 475 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı PŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Elmar Əli