Polislər göldə batan uşağı ölümdən xilas etdilər - Gəncədə

polisler-golde-batan-usagi-olumden-xilas-etdiler
Oxunma sayı: 1739

Gəncədə göldə batan uşaq xilas edilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib.
 
Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar.
 
Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.