“Polislər öz ciblərindən xərc çəkib radarlarımı silirlər”- - Video

polisler-oz-ciblerinden-xerc-cekib-radarlarimi-silirler-
Oxunma sayı: 6179


"Qafqazinfo" xəbər verir ki, futbolçu müxbirin “Heç DYP əməkdaşlarının sizi saxladığı olubmu?” sualına belə cavab verib:

“Əksəriyyəti məni tanıyır. Yüksək dərəcədə hörmət edirlər mənə. Elə vaxt olur ki, mən radara dadüşürəm. Mənim qeydiyyatda olduğum rayonda isə DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər. Adam lap xəcalət çəkir. Efir vasitəsi ilə deyirəm ki, sağolsunlar. Heç bilmirəm xəcalətlərindən necə çıxım”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov  azxeber.com-a açıqlamasında Kamran Ağayevin fikirlərinə münasibət bildirib:

“Bu məsələylə bağlı heç bir məlumatım yoxdur. Mən özüm heç Kamranı tanımıram. Bu xəbəri araşdırıb sizin sualınıza cavab verəcəm”.