Polislər stadionun yolunu tapa bilmədilər- - "Neftçi"nin rəqibi ilə qalmaqal

polisler-stadionun-yolunu-tapa-bilmediler-
Oxunma sayı: 2712


“Qafqazinfo” azerisport.az-a istinadən xəbər verir ki, tədbir saat 20:30-da start götürməliymiş.

Amma mətbuat konfransı keçirilməyib. Buna çernoqoriyalıların "Bakcell Arena"ya gec gəlməsi səbəb olub. Ona görə də mətbuat konfransı ləğv olunub.

Sonradan məlum olub ki, "Mladost"un stadiona gec gəlməsinə səbəb onları aparan avtobusu müşaiyət edən yol polisləri olub. Belə ki, onlar "Bakcell Arena"nın yolunu tapa bilmirmiş. Stadiona təxminən bir saat gec gələn çernoqoriyalı futbolçular avtobusdan düşərkən öz narazılıqlarını aşkar biruzə veriblər. Rəqib oyunçulardan polislər tərəfə tüpürənlər də tapıblar.

Qeyd edək ki, "Mladost" sabah "Bakcell Arena"da "Neftçi"nin qonağı olacaq. Matç saat 21:00-da start götürəcək.