Polisləri güllələyənin fotosu yayıldı

polisleri-gulleleyenin-fotosu-yayildi
Oxunma sayı: 1803

Ötən gün ABŞ-da baş verən atışmada iştirak edənlərdən birinin fotosu yayılıb.

“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, atəş açanların birinin fotosunu Dallas polisi tvitterdə dərc edib. Polis orqanı “Bu şübhəli şəxslərdən biridir. Zəhmət olmasa onu tapmaqda bizə kömək edin”,-deyə məlumat yayıb.

Xatırladaq ki, iyulun 8-də iki qara dərilinin öldürülməsinə qarşı keçirilən mitinq zamanı üç polis əməkdaşı güllələnib. Polisləri qətlə yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Aysel Kərimova