Polkovnik-leytenant da koronavirusdan vəfat etdi

polkovnik-leytenant-da-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 8067

Samux rayon Polis Şöbəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Famil Bağırov koronavirus səbəbindən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 1969-cu il təvəllüdlü F.Bağırov bir müddət öncə COVID-19 virusuna yoluxub və dünən qəfildən vəziyyəti ağırlaşaraq vəfat edib.

F. Bağırov Samux RPŞ-nin Təşkilati-Analitik qrupunun baş inspektoru olub.