Polkovnik-leytenant idarə rəisi təyin edildi

polkovnik-leytenant-idare-reisi-teyin-edildi
Oxunma sayı: 5345

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib. 

"Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Ucar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Səbuhi Arif oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə S.İsmayılov Yevlax Rayon Mühafizə Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Tural Hüseynli