Polkovnik-leytenant yeni vəzifəyə təyin edildi

polkovnik-leytenant-yeni-vezifeye-teyin-edildi
Oxunma sayı: 5856

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib. 

"Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Yelmar Mehdiyev vəzifəsindən azad olunub. 

Nazirin digər əmri ilə Y. Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi təyin edilib. 

Murad Əhməd