Polkovnik-leytenantın İcra Şöbəsində ürəyi partladı - Yenilənib

polkovnik-leytenantin-icra-sobesinde-ureyi-partladi
Oxunma sayı: 12239

Sumqayıtda məhkəmədə ölüm hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Qarabağ qazisi Rey Kərimoğlu feysbuk hesabında yazıb.

O bildirib ki, ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovun məhkəmədə ürəyi partlayıb, dünyasını dəyişib.

“Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş”, - deyə Rey Kərimoğlu paylaşımında qeyd edib.

Qeyd edək ki, Şahmurad Məmmədov həm də QHT rəhbəri idi.

***

Sumqayıt şəhər məhkəməsinin KİV-lə əlaqələr üzrə məsul hakimi Azər İsmayılov "Qafqazinfo"ya açıqlamasında məlumatı təkzib edib: "Bir sıra xəbər portallarında ve sosial şəbəkələrdə ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovun Sumqayıt şəhər məhkəməsində vəfat etməsi barədə məlumat yanlışdır. Bildiririk ki, Sumqayıt şəhər məhkəməsində belə bir hadisə baş verməyib".

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ş.Məmmədov Sumqayıt şəhər İcra Şöbəsində vəfat edib. Belə ki, o, pensiya kartındakı 100 manatı çıxarmağa gedəndə kartın bloklandığını görüb. Daha sonra məlum olub ki, kredit borcu ilə əlaqədar məhkəmə qərarına görə onun kartı bloklanıb. Buna etiraz olaraq İcra Şöbəsinə gedib və orada ürəyi partlayaraq ölüb.