Polkovnik Mayis Orucəliyev vəfat etdi - Fotolar

Polkovnik Mayis Orucəliyev vəfat etdi
Oxunma sayı: 9027

Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Qarabağ” ordenli, Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, polkovnik Mayis Orucəliyev Türkiyədə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, bir ildən çoxdur ehtiyatda olan Mayis Orucəliyev Biləsuvarda dəfn ediləcək.

Xatırladaq ki, Mais Orucəliyev 2016-cı ildə “Hərbi xidmətə görə” medalı və  2020-ci ildə  “Qarabağ” ordeni ilə təltif olunub.