"Qafqazinfo" xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi mərlumat yayıb. Füzuli Salahovun ehtiyata buraxılmazdan öncə son vəzifəsi Hərbi Polisin rəisi olub.
AAHM-ın rəisi general-mayor Heydər Piriyev isə Silahlı Qüvvələr Hərbi Akademiyasının rəisi vəzifəsinə təyin olunub.
***
AzNews.az-a daxil olan məlumata görə, müdafiə naziri Zakir Həsənovun daha bir əmri ilə Füzuli Salahovun yeirnə polkovnik-leytenant Azad Ağayev təyin edilib.
Müdafiə naziri Zakir Həsənovun bu sonuncu təyinatı adıçəkilən qurumda şok effekti yaradıb. Çünki A. Ağayev vaxtilə Bakı şəhər Qarnizonunun Hərbi Polisinin rəisi olub və işdə yol verdiyi çox ciddi nöqsanlara görə ordu sıralarından uzaqlaşdırılıb. Onu da qeyd edək ki, polkovnik Füzuli Salahov Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb.
Son xəbərlər
Son Xəbərlər