Polkovnik təqaüdə göndərildi

polkovnik-teqaude-gonderildi
Oxunma sayı: 7456

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) yeni polis rəisi təyin olunub.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov vəzifəsindən azad edilərək Lənkəran ŞPRŞ-yə rəis təyin edilib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynov təqaüdə göndərilib.