Polkovnikin bir həftə əvvəl atası vəfat etmişdi...

polkovnikin-bir-hefte-evvel-atasi-vefat-etmisdi
Oxunma sayı: 6289

Bu gün səhər saatlarında Xızıda baş verən helikopter qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusundan biri də polkovnik Fizuli Cavadovdur.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fizuli Cavadov 1966-cı ildə Bakının Zirə qəsəbəsində anadan olub.

F.Cavadovun bir həftə öncə atası Əlibram Cavadov vəfat edib. Atasının vəfatının “yeddi” mərasimi günü isə oğlu helikopter qəzasında həlak olub.

Polkovnik F.Cavadovun Nərmin və İkram adında iki övladı var. Nərmin Cavadova da DSX-də xidmət edir.

Emin Səfərov