Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı və xuliqanlıqda təqsirləndirilən “Polojeniya Anar” ləqəbli Anar Məhərrəmova cəza istənilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək A.Məhərrəmovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 16-da davam etdiriləcək.
İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda onun yanındakı qıza sataşdığı üçün Kamran Hüseynovu döyüb. A.Məhərrəmov saxlanılarkən üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək götürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər