ABŞ ilə Polşa arasında hərb sahəsində müqavilə imzalanıb. Müqaviləyə əsasən, Vaşinqton Varşavanı “HIMARS” raket sistemi ilə təchiz edəcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, müqavilənin imzalanması mərasimində ABŞ vitse-prezidenti Maykl Pens, Polşa baş naziri Mateuş Moravetskiy və müdafiə naziri Mariuş Blaşak iştirak edib.
Qeyd olunur ki, Polşa tərəfi ABŞ-dan 414 milyon dollar dəyərində 20 ədəd raket sistemi əldə edəcək.
Son xəbərlər
Son Xəbərlər