Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı oldu

polsa-azerbaycanlilari-assosiasiyasinin-merkezi-ofisinin-acilisi-oldu
Oxunma sayı: 1685

Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub.

“Qafqazinfo”nun məlumatına görə,  açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib.

Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətrafl məlumat verib. Bildirib ki, əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və fəaliyyətlərini mərkəzləşdirməkdir.

Komitə sədri Fuad Muradov Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən danışıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb. O, çıxışında Polşada yaşayan azərbaycanlılar, onların yaratdıqları təşkilatlar haqqında danışıb, eyni zamanda ehtiyac olacağı təqdirdə burada da həftəsonu Azərbaycan məktəblərinin açılmasına Komitənin dəstək olacağını qeyd edib.

Görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb.