Polşa-Belarus sərhədində yeni qadağa

Polşa-Belarus sərhədində yeni qadağa
Oxunma sayı: 794

Polşanın daxili işlər naziri Mariuş Kaminski Belarusla həmsərhəd zonada kənar şəxslərin qalmasına üç aylıq qadağa qoyub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, yeni qadağa Belarusla sərhəddə ondan təxminən 3 km məsafədə yerləşən 183 yaşayış məntəqəsini əhatə edir. Sözügedən qadağa dekabrın 1-dən gələn ilin martın 1-nə qədər qüvvədə olacaq.

Qadağa həmin ərazilərdə yerli əhaliyə, inzibati məsələlərin həllində iştirak edənlərə, həmçinin təcili tibbi yardım briqadalarına, növbətçi zabit və əsgərlərə şamil edilmir.

Qeyd edək ki, Polşa miqrantlarla bağlı vəziyyətin gərginləşməsi səbəbindən Belarusla sərhəddə yerləşən bölgələrdə fövqəladə vəziyyət tətbiq edib. Həmçinin, Polşa sentyabrın əvvəlindən başlayaraq bu ərazilərə jurnalistlər də daxil olmaqla kənar şəxsləri buraxmır. Polşa qanununa əsasən, fövqəladə vəziyyət 90 gündən artıq davam edə bilməz. Bu müddət isə dekabrın 2-si başa çatır.