Polşa Belarusla sərhəddə bufer zonasını 90 gün müddətinə uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Departament qeyd edib ki, iyun ayından etibarən zonanın fəaliyyəti dövründə sərhədi qanunsuz keçməyə cəhdlərin sayı 64% azalıb ki, bu da onun effektivliyini təsdiqləyib.