Polşa bu ölkə ilə sərhəddə maneələri uzatdı

polsa-bu-olke-ile-serhedde-maneeleri-uzatdi
Oxunma sayı: 1899

Polşa Belarusla sərhədindəki elektron maneələri 54 kilometr uzadaraq 181 kilometrə çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.

Polşanın “PAP” xəbər agentliyinin məlumatına görə, keçən il minlərlə belarus ölkəyə qanunsuz daxil olmağa cəhd edib.

Qeyd edək ki, Varşava böhrana görə Belarus hökumətini günahlandırıb və böhranın Avropa Birliyinə (Aİ) asan çıxış vədi ilə Yaxın Şərq və Afrika mühacirlərini Polşaya göndərdiyini iddia edib. Böhran nəticəsində Polşa Belarusla sərhəddə sədd çəkib və sonra onu elektron müşahidə avadanlığı, o cümlədən gecə görmə qabiliyyəti ilə təchiz etməyə qərar verib.